Alban futbolçu "Çelsi"ni digər London klubuna dəyişdi - RƏSMİ

Alban futbolçu "Çelsi"ni digər London klubuna dəyişdi - RƏSMİ

"Çelsi"nin hücumçusu Armando Broya karyerasını digər İngiltərə klubunda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, "Fulhem" albaniyalı forvardı icarəyə götürüb. 

London klubunun mətbuat xidməti 22 yaşlı futbolçunun keçidini rəsmən açıqlayıb. 

Broya bu mövsümün sonuna kimi "Fulhem"in uğurları üçün çalışacaq. Yeni klubu bu transferə görə "Çelsi"yə  4 milyon funt sterlinq (4 milyon 690 min avro) ödəyəcək.

Qeyd edək ki, Broya 2009-cu ildən "Çelsi"nin strukturundadır. Cari mövsüm London təmsilçisinin forması ilə bütün turnirlərdə 19 matça çıxan alban oyunçu 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "göylər"lə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər