Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, cavab oyunlarının hamısı eyni günə təsadüf edib.
“Qarabağ” səfərdə qarşılaşdığı ÇSKA-ya (Sofiya, Bolqarıstan) penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.
Türkiyənin “Beşiktaş” klubu isə “Midtyulland” (Danimarka) ilə səfər oyunundan da qalib ayrılaraq növbəti raunda yüksəlib.
Avropa Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunları 23 iyul
Makkabi (Təl-Əviv, İsrail) – Şerif (Tiraspol, Moldova) 1:0 (5:0) Hradeç (Çexiya) – Tromse (Norveç) 3:1 (1:0) Midtyulland (Danimarka) – Beşiktaş (Türkiyə) 0:2 (0:1) Pafos (Kipr) – Hayduk (Split, Xorvatiya) 4:0 (0:2) PAOK (Yunanıstan) – Dinamo (Kiyev, Ukrayna) 2:0 (3:2) ÇSKA (Sofiya, Bolqarıstan) – Qarabağ (Azərbaycan) 0:0, penaltilər 5:4 (0:0) Anderlext (Belçika) – Hammarbü (İsveç) 3:1 (1:1) Ferentsvaroş (Macarıstan) – Tvente (Niderland) 2:2 (2:1) Benfika (Portuqaliya) – Senkt Qallen (İsveçrə) 5:0 (1:2)