AL: İstanbul nəhənglərinin ikisi uduzdu - Liqa mərhələsi başa çatdı

AL: İstanbul nəhənglərinin ikisi uduzdu - Liqa mərhələsi başa çatdı

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində sonuncu - VIII turun oyunları keçirilib.

FanatAz xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə və eyni saatda baş tutub.

“Qarabağ” Pireydə “Olimpiakos”a 0:3 hesabı ilə uduzubsa, “Beşiktaş” komandası da Niderlandda “Tvente”yə yenilərək mübarizəni dayadırıb. Türkiyənin digər təmsilçilərindən “Qalatasaray”la “Fənərbağça” isə uğursuz nəticələrə rəğmən, pley-offa yüksəliblər.

UEFA Avropa Liqası Liqa mərhələsi, VIII tur 30 yanvar

“Ayaks” (Niderland) – “Qalatasaray” (Türkiyə) 2:1 Qollar: B.Traore, 23. Fits-Jim, 58 – Osimhen, 90+4.

“Anderlext” (Belçika) – “Hoffenhaym” (Almaniya) 3:4 Qollar: L.Vaskes, 18. Qoto, 79. Auqustinsson, 88 – Hranaç, 41. Bişof, 54. Ntusu, 49. Hlojek, 65.

“Roma” (İtaliya) – “Ayntraxt” (Almaniya) 2:0 Qollar: Anxelinyo, 44. Şomurodov, 69.

“Atletik” (İspaniya) – “Viktoriya” (Plzen, Çexiya) 3:1 Qollar: N.Uilyams, 25. Y.Alvares, 64. X.Marton, 90+5 – Havel, 71.

“Braqa” (Portuqaliya) – “Latsio” (İtaliya) 1:0 Qol: Horta, 6.

“Dinamo” (Kiyev, Ukrayna) – RFS (Latviya) 1:0 Qol: Pixalyonok, 76.

“Styaua” (Rumıniya) – “Mançester Yunayted” (İngiltərə) 0:2 Qollar: Dalo, 60. Maynu, 68.

“Ferentsvaroş” (Macarıstan) – “Alkmaar” (Niderland) 4:3 Qollar: Romdane, 9; 45. A.Traore, 34. Varqa, 82-pen – Meynan, 76; 90+5. Parrott, 90.

“Olimpik Lion" – “Ludoqorets” (Bolqarıstan) 1:1 Qollar: Tolisso, 54 – Almeyda, 77.

“Makkabi” (Təl-Əviv, İsrail) – “Portu” (Portuqaliya) 0:1 Qol: Niko, 58.

“Midtyulland” (Danimarka) – “Fənərbağça” (Türkiyə) 2:2 Qollar: Dyao, 27. Biskov, 86 – En Nesiri, 39. Dzeko, 47.

“Nitsa” (Fransa) – “Budyo Qlimt” (Norveç) 1:1 Qollar: Buanani, 74 – Byorkan, 54.

“Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan) 3:0 Qol: Əl-Kaabi, 56; 60. Byankone, 89.

“Reyncers” (Şotlandiya) – “Yunion” (Belçika) 2:1 Qollar: Raskin, 21. Çernı, 55 – Makallister, 83.

“Real Sosyedad” (İspaniya) – PAOK (Yunanıstan) 2:0 Qollar: Oskarsson, 43; 48.

“Slaviya” (Praqa, Çexiya) – “Malmö” (İsveç) 2:2 Qollar: Çori, 46. Ştrans, 76 – T.Ali, 69. Bolin, 71.

“Tottenhem” (İngiltərə) – “Elfsborq” (İsveç) 3:0 Qollar: Skarlett, 70. Ajayi, 84. Mur, 90+4.

“Tvente” (Niderland) – “Beşiktaş” (Türkiyə) 1:0 Qol: Rots, 76.

AL: İstanbul nəhənglərinin ikisi uduzdu - Liqa mərhələsi başa çatdı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər