Ağır atletika üzrə Azərbaycan keçirilir

Ağır atletika üzrə Azərbaycan keçirilir
29-30 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku start götürüb. 
Fanat.Az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən edən zərif cinsin nümayəndələrinin mübarizəsindən Səbinə Əzimova qalib ayrılıb. 18 yaşlı atlet toplam 172 kq (75+97) nəticə və 253.22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb. İkinci yerə 171 kq (78+93) nəticə və 233.29 xalla Boyanka Kostova, üçüncü yerə isə 164 kq (72+92) nəticə və 213.11 xalla Firuzə İbrahimova çıxıb.
Ağır atletika üzrə Azərbaycan keçirilir
Kişilərdən ilk olaraq çəkisi 49, 55 və 61 kq-a qədər olan atletlər qüvvələrini sınayıblar. Müvafiq olaraq Əvəz Tağıyev (toplam 152 kq), Ömər Cavadov (toplam 198 kq) və Elməddin Hüseynov (toplam 228 kq) öz çəkilərində qalib adını qazanıblar.
Ağır atletika üzrə Azərbaycan keçirilir 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər