AGF-dən qətldə ittiham olunan Azərbaycan güləşçisi ilə bağlı açıqlama

AGF-dən qətldə ittiham olunan Azərbaycan güləşçisi ilə bağlı açıqlama
Azərbaycan Güləş Federasiyası (AGF) sərbəst güləş üzrə milli komandanın üzvü Nurməhəmməd Hacıyevin qətldə ittiham olunaraq axtarışa verilməsinə münasibət bildirib.
AGF Fanat.Az-a bildirib ki, milliləşən dağıstanlı legionerlə bağlı məsələ nəzarətdədi.
İdmançının yaxınlarının AGF-ə verdiyi məlumata görə, təmsilçimiz qətldə birbaşa iştirak etməyib: "Federasiya rəhbərliyi bu hadisədən sonra Nurməhəmməd Hacıyevin yaxınları ilə əlaqə saxlayıb, hadisə haqda məlumat əldə etməyə çalışıb. Bizə verilən məlumata görə hadisə ailə-məişət zəminində baş verib. Sadəcə Hacıyev bu prosesdə şahid kimi iştirak edib, birbaşa cinayətdə iştirak etməyib. Hazırda araşdırma gedir. Prosesin yekunlaşmasını gözləyirik”.
Qeyd edək ki, Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Ömərov "Daqavtodor” və "Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qardaşı oğludur.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər