"Şəmkir"in heyətinə afrikalı futbolçu qatması ilə bağlı məlumat vermişdik. Məlumat üçün bildirək ki, I divizion klubu ölkəmizdə "Şahdağ"ın formasını geyinmiş Ture Mufereni transfer edib. Kot-D`İvuardan olan müdafiəçi vətənində "Tutudu" klubunda oynayıb.
Bunu xatırlatmağımızın səbəbi var. Belə ki, bu gün "Şəmkir"in Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilmiş sifariş ərizəsinə nəzər yetirərkən diqqətimizi bir məqam çəkdi. Belə ki, Kot-D`İvuardan olan Ture Mufere Azərbaycan vətəndaşı kimi göstərilib.
Maraqlıdı ki, 20 yaşlı afrikalı futbolçu Azərbaycan vətəndaşına necə çevirildi? Bəlkə ayağına top dəyən hər kəsə pasport paylayan AFFA ona da vətəndaşlıq verib, xəbərimiz yoxdu?

Fanat.Az