Afrikalı futbolçu rəsmən "Sabah"da - VİDEO

Afrikalı futbolçu rəsmən "Sabah"da - VİDEO
Növbəti mövsümə hazırlığı davam etdirən "Sabah” daha bir futbolçunun keçidini həll edib. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, cənubi afrikalı futbolçu Hendrik Eksteynlə 2 illik müqavilə bağlanıb.
28 yaşlı yarımmüdafiəçi karyerası ərzində yalnız yetirməsi olduğu "Kayzer Çifs” klubunun şərəfini qoruyub. Eksteyn CAR millisində 2 oyun keçirib.
Xatırladaq ki, cənubi afrikalı futbolçu yay transfer pəncərəsində "Sabah"ın heyətinə cəlb etdiyi 6-cı futbolçudur. Bunadək Cavid Tağıyev, Ruslan Abışov, Kevin Kubemba, Məhəmməd Mirzəbəyov və Amadu Diallo ilə müqavilə bağlanmışdı.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər