AFFA Zeynal Məmmədovu bağışlamadı

AFFA Zeynal Məmmədovu bağışlamadı
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda  "Bakı"nın futbolçusu Cavid Hüseynov və klubun baş meneceri Zeynal Məmmədov barədə İntizam Komitəsinin qəbul etdiyi qərarlarla bağlı müraciətlərinə baxılıb. 
Apellyasiya və Ekspert Komitəsi hər iki şəxslə bağlı İntizam Komitəsinin qəbul etdiyi qərarları qüvvədə saxlayıb.
Qeyd edək ki, Cavid Hüseynov Premyer Liqanın V turunun "Neftçi" ilə oyununda rəqibin üzünə əllə vurduğuna görə 3 oyunluq cəzalandırılıb, klub 3 min manat cərimələnib. VI turun oyununu buraxan futbolçu VII və VIII turlarda da oynamayacaq.
Zeynal Məmmədov isə "Xəzər Lənkəran"la oyununu fasiləsində hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb, klub 5 min manat cərimə olunurb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər