AFFA yığmaya portuqaliyalı baş məşqçi gətirdi

AFFA yığmaya portuqaliyalı baş məşqçi gətirdi
Çimrəlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi portuqaliyalı mütəxəssis Jose Miguel Mateusa həvalə olunub. Fanat.az xəbər verir ki, onun qarşısına milli komandanı 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına yüksək səviyyədə hazırlamaq tapşırığı qoyulub.
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Mateus arasında görüş keçirilib. Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin də iştirak etdiyi görüşdə çimərlik futbolu üzrə Azərbaycan milli komandasının indiki vəziyyəti, potensialı və qarşıdakı turnirlərə hazırlıq planları müzakirə olunub. Məmmədov portuqaliyalı mütəxəssisə yeni işində uğurlar arzulayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər