AFFA yeni mövsüm üçün lisenziyaları verdi - FOTOLAR

AFFA yeni mövsüm üçün lisenziyaları verdi - FOTOLAR

Bu gün AFFA-nın inzibati binasında 2016-2017-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Topaz Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib. 

Fanat.az AFFA-nın saytına istinadən xəbər verir ki, Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov tərəfindən iştirakçılara lisenziyalaşdırma mövsümünün yekunları, statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək bəzi yeniliklərlə bağlı məlumat verilib.

 

Tədbirin sonunda iştirakçılara lisenziyalar və mövsüm ərzində lisenziyalaşdırma prosesində fəal iştirak edən klub nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.

 

Qeyd edək ki, 8 komanda – “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz” və “Sumqayıt” lisenziya ala bilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər