AFFA yeni məşqçi kurslarına start verdi

AFFA yeni məşqçi kurslarına start verdi

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib. 

Fanat.Az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçirilən kurslara 24 nəfər cəlb olunub.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıb. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.

Kurs 3 gün davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər