AFFA Yaşar Vahabzadəni yola salacaq? - AÇIQLAMA

AFFA Yaşar Vahabzadəni yola salacaq? - AÇIQLAMA

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə bu komandadakı gələcək taleyindən danışıb. O, açıqlamasında bunları söyləyib:

"AFFA ilə müqaviləmin müddəti gələn ilin fevral ayında başa çatacaq. Baş katib Elxan Məmmədovla görüşmüşəm. Noyabrda Bakıda toplanışımız olacaq. O, mənə artıq yeni komanda toplamaqla bağlı tapşırıq verib. Hələ ki, işimi davam etdirirəm. Sonra necə olacağına dair qərarı AFFA İcraiyyə Komitəsi verəcək. İlin sonunda İK-nın iclası olmalıdır və U-21 barədə də qərar qəbul olunmalıdır".

Qeyd edək ki, U-21 yığmamız AÇ-2017-nin seçmə mərhələsində 9 xal toplayaraq qrupda 4-cü yeri tutub.(Azerisport.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər