AFFA “Xəzər Lənkəran”ın 51 min vrosunu verdi

AFFA “Xəzər Lənkəran”ın 51 min vrosunu verdi

UEFA-dan “Xəzər Lənkəran”a ödənilən pul vəsaiti klubun hesabına köçürülüb. Fanat.Az xəbər verir ki, 2015/16 mövsümü üçün uşaq futboluna görə UEFA tərəfindən ayrılan 51 min 104 avro əyalət klubuna ödənib.

 

Bir müddət UEFA tərəfindən AFFA-ya göndərilən məbləği saxlayan sonuncular qitə futbol qurumuna müraciət göndərmişdi. Cənubluların yaranan borc öhdəlikləri ilə əlaqədar UEFA-ya yönələn sorğuya gələn cavabda maliyyə vəsaitinin müvafiq qaydada "Xəzər Lənkəran" klubunun hesabına köçürülməsi qeyd olunub. Bu gün də vəsait AFFA tərəfindən “Xəzər Lənkəran” klubunun hesabına köçürülüb. 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər