AFFA Türkiyə şirkəti ilə müqavilə bağlayacaq

AFFA Türkiyə şirkəti ilə müqavilə bağlayacaq
AFFA və Türkiyənin "Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsinin imzalanacağı tarix açıqlanıb.
"Fanatik" nəşri xəbər verir ki, tərəflər iyunun 15-də milli assosiasiyanın inzibati binasında rəsmi sözləşməyə imza atacaqlar.
Mərasimdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və şirkətin baş direktoru Hilal Suerdem iştirak edəcəklər. Anlaşmaya əsasən, Azərbaycan milli komandasının üzvləri "Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar.
Qeyd edək ki, "Kiğılı” şirkəti 1938-ci ildə parça satışı məqsədilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb. (Report.az)
 
AFFA Türkiyə şirkəti ilə müqavilə bağlayacaq
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər