AFFA türk mütəxəssisi Bakıya çağırdı - SON DƏQİQƏ

AFFA türk mütəxəssisi Bakıya çağırdı - SON DƏQİQƏ

Yılmaz Vural bir müddətdi Türkiyə mətbuatına açıqlamasında Azərbaycan yığmasından təklif aldığını iddia edir. Son olaraq bir neçə gün əvvəl açıqlama verən türk mütəxəssis AFFA-dan təklif aldığını və hər şeyin yaxın günlərdə dəqiqləşəcəyini bildirmişdi.

Bu gün Fanat.az-a məlumat verən Vurala yaxın şəxslərdən biri faktı təsdiqləyib. Uzun müddət Türkiyədə yaşamış bu şəxs türk mütəxəssislə yaxşı əlaqələrlə malikdi. Onun saytımıza verdiyi məlumata görə, məşqçini Azərbaycana dəvət edib.

Mənbə deyir ki, türk mütəxəssis tezliklə ölkəmizə gələrək AFFA rəsmiləri ilə danışıqlar aparacaq. O, Vuralın yığmamızın yeni baş məşqçisi olacağını da iddia edib.

Qeyd edək ki, AFFA rəhbərliyi Berti Foqtsun istefasından sonra yığmaya namizəd məşqçilərlə tanışıqlıq xarakterli görüşlər keçirərək şərtlərini irəli sürür. Yılmaz Vuralı ölkəmizə dəvət edən AFFA-nın onu bu məqsədlə çağırdığını ehtimal etmək olar. Amma türk məşqçi ilə yaxın münasibətləri olan həmyerlimiz onun müqavilə bağlamağa gəldiyini deyir.

61 yaşlı Yılmaz Vuralın son iş yeri "Mersin İdman Yurdu" olub. O, 28 illik məşqçi karyerası ərzində 23 türk klubunu çalışdırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər