AFFA türk məşqçini cəzalandırdı

AFFA türk məşqçini cəzalandırdı
AFFA İntizam Komitəsinin 2013-cü ildə son iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlər arasında ölkə çempionatının XVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Qəbələ” ilə matçın 90+1-ci dəqiqəsində “Bakı”nın baş məşqçisi İbrahim Uzunca texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. Bu səbəbdən baş məşqçi 1 oyunluq cəzalandırılıb, klub 500 manat cərimə olunub. 
“Simurq”la oyunun 78-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Kamil Nurəhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə aldığından 4 oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib.
“Xəzər Lənkəran” isə “Sumqayıt” oyunda 5 futbolçusu sarı vərəqə aldığından 500 manat ziyana düşüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər