AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXIII turunda keçirilən “Turan Tovuz” – “Zirə” oyunu (1:2) ilə də bağlı qərarlarını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, İntizam Komitəsinin bu gün baş tutan iclasında hər iki kluba sanksiyalar tətbiq edilib.

Matçın 90+9-cu dəqiqəsində “Turan Tovuz”un müdafiəçisi Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, klubu 3000 manat cərimələnib.

Görüşdə “Zirə”nin 5 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubuna 700 manat cərimə kəsilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər