AFFA toplanışa xərclənən məbləği niyə gizlədir?

AFFA toplanışa xərclənən məbləği niyə gizlədir?
Millinin Antalya toplanışında yeyinti olub? Məlum olduğu kimi, futbol üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində 1 həftəlik təlim-məşq toplanışı keçdi. Bu müddət ərzində seçməmiz "Gloria Serenity" otelndə məskunlaşdı.
Görəsən, bir həftəlik hazırlıq prosesi AFFA-ya neçəyə başa gəlib? Elə bu sualın cavabını tapmaq üçün araşdırmaya başladıq. Məlum oldu ki, Azərbaycan millisi üçün təlim-məşq toplanışını "Cool Tour" turizm şirkəti təşkil edib. Suala cavab tapmaq məqsədi ilə şirkətin rəhbəri Emir Dizdareviçlə əlaqə saxladıq.
Ancaq Emir bəy bizə məbləği açıqlamadı: "AFFA-nın tapşırığına əsasən, assosiasiyanın hazırlıq üçün nə qədər pul xərclədiyi məxfi saxlanılır. Buna görə də, sizə yardımçı ola bilməyəcəm. Bizə deyilib ki, media nümayəndələrinə bilgi verməyin. AFFA ilə uzun müddətdi əməkdaşlıq edirik. Biz peşəkar şirkətik. Məlumatı yalnız AFFA-dan öyrənə bilərsiniz. Onu deyim ki, qiymətlər 50-150 avro arasında dəyişir..
Bu açıqlamasına görə Emir bəyi qınamaq düzgün olmaz. Hər halda onun açıqlayacağı məbləğ AFFA-nın baş katibi Elxan Məmmədovun işinə yaramaz. Məbləğ də açıqlanmayanda istər-istəməz şübhələr yaranır. Çünki belə durumda yeyintinin olub-olmadığı istisna deyil. Amma dəqiq olan odu ki, assosiasiyanın növbəti hesabat konfransında 1 həftəlik hazırlıq prosesi üçün xərcləniləcək məbləğə "droj" qatılıb, şişirdiləcək.
Belə durumda heç AFFA-ya sorğu göndərib, suala cavab tapmağa da ehtiyac yoxdu. Onsuz da doğru cavab almayacağımızı bəribaşdan bilirik. (Sport7.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər