AFFA təsdiqlədi: "Robert Prosineçki ilə görüş olub"

AFFA təsdiqlədi: "Robert Prosineçki ilə görüş olub"
Xorvatiya mətbuatı Robert Prosineçkinin millimizə baş məşqçi təyin olunacağını iddia edib. Xəbərdə bildirilir ki, xorvat mütəxəssis oktyabrın 4-də müqavilə bağlayacaq və yığmanı Norveçlə oyuna çıxacaq.
Fanat.az-a xəbər verir ki, rəsmi saytı ilə bəyanat yayan AFFA Prosineçki ilə görüşün olduğunu təsdiqləyib. Bəyanatda həmçinin yığmanı Norveçlə oyuna Mahmud Qurbanovun çıxaracağı qeyd olunub:
"Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Mahmud Qurbanova həvalə olunub və AVRO-2016-nın seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan - Norveç oyununa millimiz onun rəhbərliyi altında çıxacaq. Bəzi KİV-lərdə AFFA-nın Azərbaycan - Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir. AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidi və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər