AFFA Syomini cəzalandırdı

AFFA Syomini cəzalandırdı

AFFA İntizam Komitəsi AZAL - "Qəbələ" oyunu ilə bağlı qərarlarını açıqlayıb. Fanat.az xəbər verir ki, komitə "Qəbələ"nin 6 üzvünü cəzalandırıb.

Belə ki, qarşılaşmanın 50-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan qonaq komandanın üzvü Amit Quluzadə 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində "Qəbələ"nin məşqçiləri Dmitri Kramarenko, Sənan Qurbanov, klubun inzibatçıları Vüqar Məmmədov və Şirin Tahirov texniki zona qaydalarını pozduqlarına görə hər biri 1 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Matç başa çatdıqdan sonra isə bölgə klubunun məşqçisi Andrey Syomin hakimləri təhqir edib. Bu səbəbdən o, 5 oyunluq cəzalandırılıb, 5000 manat cərimələnib

AZAL isə 5 futbolçusu vərəqə aldığından 1000 manat cərimə ödəyəcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər