AFFA Şeydayevin yeni klubunu açıqladı

AFFA Şeydayevin yeni klubunu açıqladı

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin karyerasını icarə qaydasında Slovakiyada davam etdirəcəyi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, AFFA-nın rəsmi "Facebook" səhifəsi məlumat yayaraq, Ramilin icarə əsasında "Jilina"da oynayacağını açıqlayıb.

Qeyd edək ki, Şeydayev bu mövsümün əvvəli “Trabzonspor”a keçib. Amma orada çox oynamaq şansı qazanmadığından Türkiyə klubu futbolçumuzu icarəyə vermək qərarına gəlib.

Hazırda "Jilina" Slovakiya çempionatının lideridi. Ümumiyyətlə, Slovakiya müstəqilliyini qazandıqdan sonra bu klub 5 dəfə ölkə çempionu olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər