AFFA səs verdi, UEFA qəbul etdi

AFFA səs verdi, UEFA qəbul etdi
Bu gün Qazaxıstanın paytaxtı Astanada UEFA-nın növbəti konqresi öz işinə başlayıb. Fanat.az xəbər verir ki, qitə futbol qurumuna üzv olan ölkələrin nümayəndələri milli komandalar arasında Millətlər Liqası yarışının təşkilini müzakirə ediblər.
Səsvermədən sonra qərar alınıb ki, yoldaşlıq oyunlarını əvəzləyəcək turnirə start verilsin. “Millətlər Liqası - 2018”in təşkilinə bütün milli assosiasiyalar yekdilliklə səs verib. Bu isə o deməkdi ki, tədbirə qatılan AFFA rəsmiləri də liqaya “hə” deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər