AFFA şəhid övladlarına idman ləvazimatları verdi

AFFA şəhid övladlarına idman ləvazimatları verdi
"YAŞAT” Fondu və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün yay düşərgələri keçirilir.
Fanat.Az xəbər verir ki, ümumilikdə 300-dək uşağı əhatə edən 6 düşərgədən birincisi artıq başa çatıb. İlk düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, müxtəlif idman növləri ilə, eləcə də, futbolla məşğul olmaq, konsultasiyalar keçirilməsi və müğənnilərin iştirakı ilə konsert proqramı təşkil edilib.
Düşərgənin son günündə iştirakçılara AFFA tərəfindən müxtəlif hədiyyələr, idman ləvazimatları təqdim edilib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər