AFFA Samir Abasovun məsələsinə yenidən baxdı

AFFA Samir Abasovun məsələsinə yenidən baxdı
AFFA İntizam Komitəsi "Neftçi"nin baş məşqçisi Samir Abasovla bağlı qəbul edilən qərara yenidən baxıb.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisə mayın 17-də verilən cəza öz qüvvəsində qalıb.
Qeyd edək ki, Samir Abasov "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur matçından sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəbindən iki oyunluq cəzalanıb. Klub isə 4000 manat cərimələnib.
Abasov bu səbəbdən mayın 3-də səfərdə "Keşlə"yə (3:0), mayın 8-də isə "Səbail"ə (4:0) qarşı matçları buraxıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər