AFFA Ruslandan rədd cavabı aldı - AÇIQLAMA

AFFA Ruslandan rədd cavabı aldı - AÇIQLAMA

AFFA-nın milliləşdirmək istədiyi yarımmüdafiəçi Ruslan Fişenko qərarını verib.

Fanat.Az-ın məlumatına görə, bunu Rusiyanın "Sport 24" saytına açıqlamasında Fişenkonun formasını geyindiyi "Rodina" klubunun idman direktoru Aleksey Zinin deyib:

"Ruslan Fişenko Rusiya vətəndaşı kimi qalmağa qərar verdi. O, "Rodina" ilə Rusiya Premyer Liqasına vəsiqə qazanmaq və Rusiya millisinə dəvət almaq istəyir".

Qeyd edək ki, 23 yaşlı Ruslan bu ilin yanvarından "Rodina"nın formasını geyinir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər