AFFA 2-ci Liqa təmsilçisi "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynovu 5 oyunluq cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, qərar İcraiyyə Komitəsinin son iclasında qəbul edilib.
Mütəxəssisin cəzalanmasına səbəb VIII turda baş tutan "Xankəndi" ilə oyununun fasiləsində hakimi təhqir etməsidir. Qırmızı vərəqə ilə cəzalandırılan R.Hüseynov hərəkətinə görə 5 oyunluq diskvalifikasiya edilib, "Ağdaş" isə 1000 manat cərimələnib.