AFFA Rusiya yığmasını Bakıya gətirir

AFFA Rusiya yığmasını Bakıya gətirir

Avropa çempionatının elit-ruanduna hazırlaşan 17 yaşadək milli komandamız gələn ay növbəti təlim-məşq toplaşınına yığışacaq. Fanat.az хəbər verir ki, yanvarın 10-dan 24-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komanda fevralda Bakıda hazırlıq keçəcək.

Yığma bu toplanış zamanı iki yoхlama oyununda qüvvəsini sınayacaq. Rəqib Rusiyanın U-17 komandası olacaq. Oyunlar fevralın 18-də və 20-də baş tutacaq.

Qeyd edək ki, U-17 Avropa çempionatının elit mərhələsində Portuqaliya, Serbiya və Xorvatiya yığmaları ilə eyni qrupda yer alıb. Mərhələnin oyunları 17-22 mart aralığında Bakıda keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər