AFFA Rusiya ləzgisinə yenə elçi düşəcək- ÖZƏL

AFFA Rusiya ləzgisinə yenə elçi düşəcək- ÖZƏL

AFFA dağıstanlı Serder Serderovdan əl çəkmir. Fanat.Az-a verilən məlumata görə, Elxan Məmmədov hələ Rusiya vətəndaşına Azərbaycan pasportu vermək fikrindən daşınmayıb. 

Mənbə Bolqarıstan “Slaviya”sının hücumçusuna bizimkilərin apreldə yenidən elçi düşməyə hazırlaşdığını vurğulayıb.

 

Hərçənd futbolçu özü daha əvvəl onunla əlaqə saxlayan asossiasiya məmurlarına rədd cavabı verdiyini 2016-cı ilin dekabrında “çempianat.ru”ya demişdi. “Emin Mahmudov və Ramil Şeydayevdən sonra mənə də telefon açmışdılar. Mədəni şəkildə imtina etdim. Rusiyalıyam, Moskvada yaşayıram. Bu mənim üçün prinsipial məsələdi” söyləyən Serderovun qışda bir qədər yumşalması diqqət çəkdi.

 

Ölkə mətbuatında “Azərbaycana nə hə demişəm, nə də yox”, “belə məsələlər telefonda müzakirə olunmur” və buna bənzər açıqlamalarla gözə dəyən 22 yaşlı gəncin yeni zənglər gözlədiyi sezilirdi. Lakin arzusuna çatmadığını “azerisport”a verdiyi son etinasızlıq və küskünlük dolu açıqlamayla ortaya qoydu. Yada salaq: “hədəflərim böyükdü. Daha heç AFFA-dan gələcək zəng haqda düşünmürəm də”.

 

Qeyd edək ki, milliyətcə ləzgi olan Serderovun Azərbaycanla bağlılığı yoxdu. Onun bibilərindən birinin ölkəmizdə doğulmasıyla bağlı yayılan məlumatların isə isbata böyük ehtiyacı var.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər