AFFA rəsmisinə UEFA-dan yeni təyinat

AFFA rəsmisinə UEFA-dan yeni təyinat

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda A liqasının 1-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, bu qrupda Fransa, Almaniya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar. Matçlar martın 18-dən 24-dək Almaniyada təşkil olunacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər