AFFA rəsmisinə beynəlxalq təyinat

AFFA rəsmisinə beynəlxalq təyinat

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının 1/4 final oyununa təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, mayın 26-da Danimarka və Serbiya yığmaları arasında keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi olacaq.

Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya - Lüksemburq, B qrupunda Fransa - Polşa və D qrupunda Şotlandiya - Portuqaliya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər