AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı

AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, Türkiyədə "Trabzonspor" və İsveçrənin "Bazel" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qeyd edək ki, fevralın 16-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər