AFFA rəsmisi: "Mükafatın məbləğini açıqlayacam"

AFFA rəsmisi: "Mükafatın məbləğini açıqlayacam"
"Doğrudu, millimizin Bolqarıstanla oyunda qalib gələcəyi təqdirdə, futbolçulara mükafat veriləcək". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.
Ötən gün xəbər yayılıb ki, AFFA millimizin Bolqarıstanla oyundakı qələbəsinə görə hər futbolçuya 80 min manat (100 min dollar) mükafat verəcək. Lakin qurumun rəsmisi xəbəri təkzib edib: "Mükafat 80 min manat olmayacaq. Mətbuatda göstərilən məbləğdən aşağıdı. Mükafat verilən zaman məbləği açıqlayacam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər