AFFA rəsmisi Poznandakı görüşdə iştirak etdi

AFFA rəsmisi Poznandakı görüşdə iştirak etdi

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin Azarkeşlərlə əlaqələndirici şəxslərlə iş üzrə məsul şəxsi Yusif Abdullayev Polşanın Poznan şəhərində Avropa Futbol Azarkeşləri təşkilatı tərəfindən Azarkeşlərlə əlaqələndirici şəxs və Azarkeşlərlə əlaqələndirici şəxs üzrə koordinatorlar arasında keçirilən görüşdə iştirak edib.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropanın 13-dən çox ölkə və 20-dən çox klub nümayəndələrinin iştirakı ilə təşkil olunan görüş zamanı SLO-lar arasında informasiya mübadiləsi, SLO koordinatorunun rolu, UEFA Çempionlar Liqasının yeni formatı, yaxın gələcəkdə SLO-lar üçün hazırlanmış plan barədə danışıqlar aparılıb.

Abdullayev klublarımızın azarkeşlərlə əlaqələndirici şəxslərinin gördükləri işlər və gələcək planları barədə digər həmkarlarını məlumatlandırıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər