AFFA rəsmisi Konfrans Liqasına təyinat aldı

AFFA rəsmisi Konfrans Liqasına təyinat aldı

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, Avstriyanın LASK və Çexiyanın "Slaviya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma martın 17-də Avstriyanın Sankt-Polten şəhərindəki NV Arenada gerçəkləşəcək. Komnndalar arasında ilk matç martın 10-da Çexiyada oynanılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər