AFFA rəsmisi AÇ-nin finalına təyinat aldı

AFFA rəsmisi AÇ-nin finalına təyinat aldı

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının final oyununa təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, iyunun 1-də Fransa və Niderland yığmaları arasında keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi olacaq.

Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya - Lüksemburq, B qrupunda Fransa - Polşa, D qrupunda Şotlandiya - Portuqaliya, 1/4 finalda isə Danimarka - Serbiya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.

Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər