Oktyabrın 1-2-də Yunanıstanın paytaxtı Afinada "UEFA Klub Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı üzrə İllik Konfrans-2025" keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirə Azərbaycan təmsilçiləri də qatılıblar.
Konfansda AFFA-nı Lisenziyalaşdırma və Qeydiyyat departamentinin rəhbəri Seymur Səlimli və maliyyə meneceri Bəhram Dadaşov təmsil ediblər.