AFFA rəsmiləri millimizin üzvləri ilə görüşdü

AFFA rəsmiləri millimizin üzvləri ilə görüşdü

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

Fanat.Az xəbər verir ki, milli assosiasiya rəsmiləri Estoniyaya qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunu və və Belarusa qarşı yoldaşlıq matçında uğurlar arzulayıb. Görüşdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.

Qeyd edək ki, U-21 martın 25-də Estoniya, 29-da isə Belarus yığması ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər