AFFA rəsçiləri UEFA-nın tədbirinə qatıldılar

AFFA rəsçiləri UEFA-nın tədbirinə qatıldılar

AFFA-nın VAR layihəsi üzrə koordinatoru Fəridə Lütfəliyeva və VAR təlimçisi Kristof Dierik Portuqaliyada UEFA-nın tədbirinə qatılıblar.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “UEFA VAR simpoziumu” adlı tədbirdə əsas mövzular VAR-ın kommunikasiya sisteminin gələcəyi, gələcəkdə VAR-ın iş prinsiplərində dəyişikliklər, ilkin yaradılma məqsədi, əldə olunan uğurlar, üzləşilən çətinliklər, inkişaf istiqamətləri, oyun zamanı ardıcıl və şəffaf kommunikasiya qurmaqdan ibarətdir.

“UEFA VAR simpoziumu” tədbirinə aprelin 24-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər