AFFA Rəşad Abdullayevi əfv etmədi

AFFA Rəşad Abdullayevi əfv etmədi

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keirilib. Fanat.az xəbər verir ki, iclasda AZAL-ın  futbolçusu Rəşad Abdullayev barədə müraciətə baxılıb. 

Komitə üzvləri müzakirələrdən sonra İntizam Komitəsinin Rəşad Abdullayev barədə çıxardığı 10.03.2015-ci il tarixli qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Rəşad Abdullayev Topaz Premyer Liqasının XXV turunun "Bakı" ilə matçında rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə almış və 3 oyun cəzalandırılmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər