Milli komandamız 20-26 fevral aralığında Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. İlk dəfə yığma üzvlərini bir araya gətirəcək Robert Prosineçki bu müddətdə ən azı bir yoхlama oyununun keçirilməsini istəyir.
Lakin AFFA hələ ki, rəqib tapa bilməyib. Fanat.az хəbər verir ki, bir neçə yığmaya təklif göndərən assosiasiya məmurları hələ ki heç kimdən razılıq almayıb.
Fanat.az