AFFA Rəhim Həsənova 1 turda 3 təyinat verdi

AFFA Rəhim Həsənova 1 turda 3 təyinat verdi

Topaz Premyer Liqasında VI turun təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, sentyabrın 24-də start götürəcək turun mərkəzi qarşılaşması Rəvan Həmzəzadəyə tapşırılıb.

 

O, ötən mövsümün mükafatçıları “Zirə” və “Qəbələ” arasına matçı idarə edəcək. FIFA hakimlərindən Əliyar Ağayev AZAL - “İnter”, Rəhim Həsənov “Kəpəz” - “Qarabağ” matçında fit çalacaq. Onların hərəsi daha bir matda əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Ağayev “Zirə” - “Qəbələ”, Həsənov “Neftçi” - “Sumqayıt” matçında əlavə köməkçi olacaq.

Qeyd edək ki, Rəhim Həsənovla Ramil Diniyev bu həftə I diviziona da təyinat alıb. Həsənov Zaqatala” - “Turan Tovuz”, Diniyev "Bakılı" - "Şahdağ" oyununu idarə edəcək.

 

24 sentyabr

16:00. AZAL - “İnter”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

AZAL Arena

 

25 sentyabr

15:30. “Kəpəz” - “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

Gəncə şəhər stadionu

 

18:00. “Zirə”  - “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

Zirə İdman Kompleksinin stadionu

 

27 sentyabr

19:00. “Neftçi” - “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

“Əlincə Arena”

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər