AFFA rəhbərliyindən UEFA-nın Konqresinə kimlər qatılacaq?

AFFA rəhbərliyindən UEFA-nın Konqresinə kimlər qatılacaq?

Bu gün Serbiyanın paytaxtı Belqradda UEFA-nın 49-cu Növbəti Konqresi keçiriləcək. 

Fanat.Az xəbər verir ki, AFFA rəhbərliyi də tədbirdə iştirak edəcək.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Konqresdə AFFA-nı icraçı vitse-prezident Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov təmsil edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər