AFFA rəhbərliyi uşaqlar üçün düşərgədə olub

AFFA rəhbərliyi uşaqlar üçün düşərgədə olub

Bu gün AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AFFA tərəfindən iyulun 5-dən etibarən Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində U-15 yığmamızın geniş tərkibli heyəti üçün təşkil olunmuş düşərgədə olublar. R.Əliyev və E.Məmmədov çıxış edərək düşərgənin təşkil olunmasının əsas məqsədinin 2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa Çempionatında mübarizə aparacaq Azərbaycan U-17 yığmasına namizədlərin müəyyənləşdirilməsi, komandanın formalaşdırılması prosesinə indidən start verilməsi olduğunu bildiriblər. AFFA rəsmiləri uşaqların futbolla yanaşı təhsilə də xüsusi diqqətlə yanaşmalarının vacibliyini vurğulayıblar.

Millimizin baş məşqçisi B.Foqts qeyd edib ki, gələcəkdə yüksək səviyyəli peşəkar futbolçu olmaq üçün hər bir fürsətdən səmərəli yararlanmaq lazımdır və bu düşərgədə uşaqlara yaxşı yaradılıb.

Sonra AFFA rəsmiləri düşərgənin ərazisinə baxış keçirib, uşaqlara yaradlmış şəraitlə tanış olublar.

Qeyd edək ki, düşərgədə məşqlərlə yanaşı intellektual oyunlar, əyləncəli tədbirlər keçirilir.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər