AFFA rədd etdi

AFFA rədd etdi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda "Xəzər Lənkəran”ın futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğvi və "Simurq”un oyunçusu Çeran Draqanın cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə baxılıb. 

Müzakirələrdən sonra qərara alınıb:

1.  “Xəzər Lənkəran” FK-nın futbolçusu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi barədə müraciəti təmin olunmasın.

2.  “Simurq” PİK-in futbolçusu Çeran Draqan barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər