AFFA "Xəzər Lənkəran"ın pulunu verdimi?

AFFA "Xəzər Lənkəran"ın pulunu verdimi?

Xəbər verdiyimiz kimi AFFA UEFA-dan "Xəzər Lənkəran" üçün ayrılan pulu kluba qaytarmaq istəmirdi. 

Hər halda bu haqda qurumun rəsmi saytında məsələ ilə bağlı bildiriş də yer almışdı: "Xəzər Lənkəran" klubunun AFFA, PFL, FIFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq"

Yəni, komanda premyer-liqada fəaliyyət göstərmədiyi üçün AFFA UEFA-dan ayrılan pulu müxtəlif bəhanələrlə kluba vermək niyyətində deyildi. Amma deyəsən məsələ yoluna qoyulur və "Xəzər Lənkəran" haqqını alacaq. 

Hər halda Lənkəran təmsilçisinin mətbuat katibi Hüseyn Cəbrayıloğlu bunları deyib: 

"Gözləyirik, bu yaxınlarda həll olunmalıdı. Dəqiq bilmirik, danışıqlar gedir. Amma hiss olunur ki, məsələ bizim xeyrimizə həllini tapacaq".(Sport7.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər