AFFA "Xəzər Lənkəran"ın 120 min avrosunu niyə vermir?

AFFA "Xəzər Lənkəran"ın 120 min avrosunu niyə vermir?
AFFA UEFA-nın "Xəzər Lənkəran" üçün ayırdığı vəsaitin klubun hesabına köçürülməsi ilə bağlı məlumat yayıb. Asossiasiyanın saytında yerləşdirilən məlumatda bildirilir ki, "Xəzər Lənkəran"ın yaranan borc öhdəlikləri ilə əlaqədar UEFA-ya sorğu göndərilib və 2015/16 mövsümü üçün uşaq futboluna görə UEFA tərəfindən ayrılan 51.104 avro maliyyə vəsaiti müvafiq qaydada klubun hesabına köçürülüb.
AFFA sadəcə 51 min 104 avronu klubun hesabına köçürüb. Bu UEFA-nın uşaq futbol ilə bağlı ayırdığı vəsaitdi. Avropa futbol qurumu "Xəzər Lənkəran"a "AVRO-2016"nın seçmə mərhələsində futbolçusunun iştirakına görə əlavə 120.583.58 avro ayırıb. Lakin bu vəsait klubun hesabına köçrülməyib. AFFA bunun səbəbini də açıqlamayıb. 
Bəs problemin səbəbi nədi? Vəsait kluba tam olaraq niyə ödənməyib? Bu suallarla bağlı klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluna müraciət etdik. Klub rəsmisi bunları dedi: 
"Pul tam ödənilməyib. Sadəcə akademiya üçün nəzərdə tutulan pul verilib. Bunu kəsmək istənilən halda mümkün deyildi. UEFA ilə məsləhətləşmələr davam edir. Biz AFFA-ya rəsmi məktub yazaraş klubun fəaliyyətini davam etdirdiyini konkret faktlarla əsaslandırmışıq. Məbləğin tam olaraq klubun hesabına köçrülməsi üçün danışıqlar aparırıq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər