AFFA "Turan"ı çempionatdan çıxartdı

AFFA "Turan"ı çempionatdan çıxartdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri aşağı yaş qrupları üzrə liqalarda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
25 yanvar 2016-cı il Bakcell U-17 Liqasında “Rəvan” – “Bakı” matçının 3-cü dəqiqəsində “Rəvan” klubunun 4 №-li futbolçusu Cəlal Həsənov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
25 yanvar 2016-cı il Bakcell U-17 Liqasında “Zirə” – AZAL matçının 58-ci dəqiqəsində AZAL klubunun 9 №-li futbolçusu Ənvər Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
28 yanvar 2016-cı il U-16 Liqasında “Vətən” – “İnter” matçının 80-cı dəqiqəsində “Vətən” klubunun 2 №-li futbolçusu Qabil Sabirli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
26 yanvar 2016-cı il Boulevard Hotel U-15 Liqasının “Kəpəz” – “Xəzər Lənkəran” matçının 25-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 №-li futbolçusu Əliağa Məmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.
26 yanvar 2016-cı il Boulevard Hotel U-15 Liqasının “Turan” İB – “Qarabağ”  matçında “Turan” İB klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Bu hal 3-cü dəfə təkrar olunduğuna görə klub yarışlardan kənarlaşdırılır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər