AFFA "Turan Tovuz"un Berdiyevlə bağlı şikayətini təmin etdimi? - AÇIQLANDI

AFFA "Turan Tovuz"un Berdiyevlə bağlı şikayətini təmin etdimi? - AÇIQLANDI

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevlə bağlı apellyasiya şikayətinə baxılıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin aprelin 16-da mütəxəssislə bağlı çıxardığı qərarı qüvvədə saxlayıb.

Misli Premyer Liqasının XXX turunda keçirilən “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra ədalət təmsilçilərini təhqir etdiyi üçün Tovuz klubunun baş məşqçisi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb.

Bununla yanaşı, klub 4000 manat cərimələnib və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər