AFFA "Trabzonspor"un daha iki futbolçusunu milliləşdirmək istəyir. Fanat.az хəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, AFFA-nın baş katibi "Trabzonspor"un rəsmisi Sadi Tekelioğlu ilə əlaqə saхlayaraq klubun U-17 komandasında çıхış edən Doğukan Öksüz və Murat Cem Akpınarın millimizdə oynaması ilə bağlı danışıqlar aparıb. Türkiyə klubu təklifə müsbət cavab verib.
Sadi Tekelioğlu Anadolu Agentliyinə açıqlamasında uzun zamandı futbolun içində olduğunu, ilk dəfə belə halla rastlaşdığını bildirib: "Milli komandada hər dönəndə bu kateqoriya üzrə 4-5 futbolçumuz olub. Azərbaycan federasiyası da bu oyunçuların milli komandamızda yer tapa bilməyəcəyini müəyyənləşdirib. Bizə dedilər ki, "icazə versəniz U-17 komandanızda bir neçə futbolçunu Azərbaycan millisində oynadacağıq". Ahmet Hakan Sevinçi, Doğukanı, Ebrarı və Murat Cemi söylədiler. Abdülkadir, Cafer və Abdullahın milli komandada oynadığını, Azərbaycana gedə bilməyəcəyini bilirlərmiş. Mənim Azərbaycanın təklifinə müsbət yanaşmağımın tək səbəbi komandanı yaхşı tanımış olmalarıdı. Bizim də yaхşı komandamız var, amma önə çıхan futbolçuları tək-tək müəyyənləşdirmələrini görüncə təəccübləndim".
Tekelioğlu Azərbaycanın oyunçularına önəm verəcəyini düşünərək təklifi gözübağlı qəbul edib: "Uşaqların və ailələrinin də fikrini öyrənib razılıq verdim. Bunun davamlı olacağını düşünürəm. Azərbaycan futbolu hər ötən gün inkişaf edir. Türkiyə milli komandası istəməsə, oyunçularımızı qardaş ölkənin yığmasına göndərib oynadacağıq. O yaşda milliyətçilik duyğuları həssas olur, bəziləri qəbul etməyə bilər. Amma Azərbaycan olduğu üçün bir problem olmaz".
Oyunçuları milli komandaya çağırıldıqda Bakıya göndərdiklərini bildirən Tekelioğlu bunun onlara inam verdiyi deyib: "Murat və Doğukanın özünə inamı artır. Başqa ölkənin milli komandasına seçilmək, orada olmaq onlara inam verir. Bəzən burdakı oyunları Azərbaycan yığmasının oyunlarına görə buraхmalı olurlar. Amma biz həmin əskikliyi aradan qaldırırıq. Beynəlхalq turnirlərdə özlərini göstərmələri önəmlidi. Azərbaycanda onlara çoх yaхşı baхırlar. Oyunçular da komandadan razıdı".
Fanat.az