AFFA "Sumqayıt"ın prezidentini cəzasız qoydu

AFFA "Sumqayıt"ın prezidentini cəzasız qoydu
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib: 
“Rəvan” - “Qəbələ” matçının 85-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Rəşad Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
“Simurq” - “Qarabağ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
“Sumqayıt” - “Neftçi” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Oyunun 90-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Samir Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.
“Xəzər Lənkəran” - AZAL matçında AZAL-ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Oyunun 86-cı dəqiqəsində AZAL-ın futbolçusu Branislav Arseniyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 86-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.
Qeyd edək ki, son turun "Sumqayıt" - "Neftçi" oyununda meydan sahibləri əllə qol vurub, həmçinin qonaqların qapısına təmiz penalti təyin olunmayıb. Lakin İntizam Komitəsi hakimlərlə bağlı, eyni zamanda ədalət təmsilçiləri haqqında qeyri-etik ifadələr işlədən "Sumqayıt"ın prezidenti Kamran Quliyev barədə qərar qəbul etməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər